BANK

16 May

Mikro biznes sahibləri üçün 500 manatdan 100 000 manatadək kredit imkanı

"Yelo Bank" ASC mikro biznes sahiblərinə 500 manatdan 100 000 manatadək kredit imkanı təqdim edir.

Finss.az xəbər verir ki, kredit müddəti 6 aydan 48 aya qədərdir və illik faiz dərəcəsi 16%-dən başlayır.

Müştərilər üçün 12 ayadək güzəşt müddəti mövcuddur. Kredit üzrə komissiya dərəcəsi 0%-dən 2%-ədək dəyişir. Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 16% ilə maksimum 32.23% arasında müəyyən edilir.

Kreditin təminatı kimi zaminlik, nəqliyyat vasitəsi və daşınmaz əmlak qəbul edilir.

Bank bildirir ki, bu kredit məhsulu mikro biznes sahiblərinin fəaliyyətini genişləndirmək və inkişaf etdirmək üçün maliyyə dəstəyi məqsədi daşıyır.

Ətraflı məlumat üçün keçid: //www.yelo.az/az/business/loans/micro-loans/

Fuad Mədətov
Finss.az