"Yelo Bank" ASC biznes sahəsində maliyyə dəstəyi axtaran sahibkarlar üçün manat və dollarla biznes kreditləri təklif edir.
Finss.az xəbər verir ki, kredit məhsulu 50 000 AZN-dən 5 000 000 AZN-dək və ya 30 000 USD-dən 3 000 000 USD-dək məbləğ aralığında təqdim olunur.
Kreditin müddəti 3 aydan 60 ayadək, illik faiz dərəcəsi isə AZN üçün minimum 11%, USD üçün minimum 3% təşkil edir. Kreditə görə komissiya 0,3%-dən 1%-ədək dəyişir. Sahibkarlar üçün 18 ayadək güzəşt müddəti də nəzərdə tutulub.
Kreditin təminatı kimi daşınar və daşınmaz əmlak, biznes avadanlıqları və zaminlik qəbul edilir. Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13%-dən maksimum 22%-dək müəyyən olunur.
Bankdan bildirilib ki, bu kredit məhsulu həm yeni biznes quran sahibkarlar, həm də mövcud fəaliyyətini genişləndirmək istəyən kiçik və iri biznes nümayəndələri üçün əlverişlidir. Kredit müştərinin biznes dövriyyəsinə və maliyyə potensialına uyğun fərdi şəkildə təklif edilir.
"Yelo Bank" bu məhsulla sahibkarların inkişafına dəstək verməyi və ölkədə biznes mühitinin gücləndirilməsini hədəfləyir.
Ətraflı məlumat üçün keçid: //www.yelo.az/az/business/loans/business-loan/
Fuad Mədətov
Finss.az