"AccessBank" QSC biznes sahəsində maliyyə çevikliyini artırmaq məqsədilə Overdraft kredit məhsulunu təqdim edir.
Finss.az xəbər verir ki, bu məhsul hesabda vəsait olmadıqda belə əlavə maliyyə dəstəyi əldə etmək imkanı yaradır.
Overdraft - müştərinin hesabındakı məbləğdən artıq vəsaitlə ödəniş etməsinə imkan verən kredit növüdür. Məhsul 6 aydan 12 ayadək müddətə təklif olunur və limit müştərinin hesab dövriyyəsinə əsasən müəyyənləşdirilir.
Kreditin əsas üstünlükləri aşağıdakılardır:
- Asan və sürətli rəsmiləşdirmə;
- Girovsuz təqdim edilmə imkanı;
- Yalnız istifadə edilən məbləğ və istifadə olunan gün qədər faiz hesablanması;
- Borcun avtomatik qaydada bağlanması və təkrar istifadə imkanı;
- Lazım olan anda əlavə vəsaitin mövcudluğu;
- Biznes ehtiyaclarına uyğun limitlərlə müraciət imkanı.
Bankdan verilən məlumata görə, Overdraft məhsulu kiçik və orta sahibkarlıq subyektlərinin qısa müddətli likvidlik ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulub.
Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/overdraft/
Fuad Mədətov
Finss.az