BANK

16 May

Kənd təsərrüfatında çalışanlara 200 min manatadək sərfəli kreditlər

"AccessBank" QSC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına kənd təsərrüfatına dəstək məqsədilə güzəştli kreditlər təqdim edir.

Finss.az xəbər verir ki, kreditin məbləği 5 000 manatdan 200 000 manatadək, kənd təsərrüfatı texnikası alınması üçün isə 1 000 000 manatadək müəyyən olunub. Kredit müddəti 6 aydan 36 ayadək, illik faiz dərəcəsi isə 7% təşkil edir. Kreditlər üzrə komissiya 1%-dən 3%-ədək, faktiki illik faiz dərəcəsi isə 7,55%-dən 13,49%-ədək dəyişir.

Kreditin təminatı kimi dövriyyədə olan mallar, avadanlıqlar, daşınan və daşınmaz əmlak (ev, mənzil, torpaq sahəsi, obyekt, avtonəqliyyat vasitəsi, əmanət və s.) qəbul olunur. Girovsuz kreditlərin maksimal məbləği 15 000 manat təşkil edir.

Müraciət üçün tələb olunan sənədlərə şəxsiyyəti və fəaliyyəti təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi, VÖEN, mülkiyyət və ya icarə sənədləri) daxildir. Sənədlərin notarial qaydada təsdiqi tələb olunur. Borcalanlardan həmçinin cari və planlaşdırılan fəaliyyət barədə ətraflı məlumat təqdim etmək tələb olunur.

Bankın məlumatına görə, bu məhsul kənd təsərrüfatı ilə məşğul olan sahibkarların maliyyə əlçatanlığını artırmaq və aqrar sektorun inkişafına töhfə vermək məqsədi daşıyır.

Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/alda-loans/

Fuad Mədətov
Finss.az