BANK

16 May

Fermerlərə və aqrar sahibkarlara 12%-lə mikro kredit dəstəyi

"AccessBank" QSC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaiti hesabına kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar üçün güzəştli mikro kreditlər təklif edir.

Finss.az xəbər verir ki, kredit məhsulu 5 000 manatdan 15 000 manatadək məbləğdə verilir. Müddət 12 aydan 36 ayadək, illik faiz dərəcəsi isə 12% təşkil edir. Güzəşt müddəti kreditin ümumi müddətinin 50%-inədək, lakin maksimum 12 ay müəyyən olunub. Bu müddətdə borcalan yalnız faiz borclarını ödəyir.

Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13,41%-dən maksimum 13,91%-dək dəyişir. Kreditə müraciət etmək istəyən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Müvafiq kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq;
  • Şəxsiyyəti təsdiq edən sənədlər (şəxsiyyət vəsiqəsi, VÖEN);
  • Fəaliyyət yerini təsdiq edən sənədlər (mülkiyyət sənədi və/və ya icarə müqaviləsi);
  • Cari və planlaşdırılan fəaliyyət barədə dolğun məlumat təqdim etmək.

Bankdan bildirilib ki, bu kredit məhsulu kənd təsərrüfatı fəaliyyətini genişləndirmək, mövsümi xərcləri qarşılamaq və sahibkarlara dayanıqlı dəstək vermək məqsədi daşıyır.

Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/alda-loans/

Fuad Mədətov
Finss.az