"AccessBank" QSC avadanlıq alınması üçün nəzərdə tutulmuş SİF kredit məhsullarını təqdim edir.
Finss.az xəbər verir ki, kreditin illik faiz dərəcəsi 9%-dək, müddəti isə 60 aya qədər müəyyən olunub. Kredit məbləği 5 000 manatdan 3 000 000 manatadək dəyişir.
Bankın məlumatına görə, kredit üzrə güzəşt müddəti 12 aya qədər tətbiq olunur. Bu məhsul biznes sahiblərinə avadanlıq ehtiyaclarını qarşılamaq üçün maliyyə dəstəyi verir.
Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/edf/
Fuad Mədətov
Finss.az