"AccessBank" QSC mikro sahibkarlar üçün "Maksimum Dəstək" adlı kredit məhsulunu təqdim edir.
Finss.az xəbər verir ki, kreditin məbləği 100 000 manata qədərdir. İllik faiz dərəcəsi 16 faizdən başlayır.
Kreditin müddəti maksimum 48 ayadəkdir. Kredit üzrə 9 ayadək güzəşt müddəti tətbiq oluna bilər. Müraciət edən şəxslər iki iş günü ərzində cavab ala bilirlər.
Kredit yalnız girova malik olan və biznes fəaliyyəti göstərən fiziki şəxslərə verilir.
Ətraflı məlumat üçün keçid: //www.accessbank.az/az/business/loans/micro/#offers
Fuad Mədətov
Finss.az