BANK

13 May

Kənd təsərrüfatına güzəştli kredit: 500 manatdan 15 min manatadək dəstək

"Bank of Baku" ASC kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün AKİA (Aqrar Kredit və İnkişaf Agentliyi) xətti ilə güzəştli kredit məhsulu təqdim edir.

Finss.az xəbər verir ki, kreditin məbləği 500 manatdan 15 000 manatadək müəyyən edilir.

Kredit müddəti 3 aydan 36 ayadək nəzərdə tutulub. İllik faiz dərəcəsi 12 faiz təşkil edir. Effektiv illik faiz dərəcəsi (FİFD) minimum 13.05 faizdən başlayır. Komissiya haqqı 1.5 faizdən başlayaraq hesablanır.

Kredit ödənişi annuitet və ya streyt qrafik üzrə həyata keçirilə bilər. Kredit yalnız Azərbaycan manatında verilir.

Kreditin təyinatı kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsidir. Bu çərçivədə əkinçilik, bağçılıq, heyvandarlıq, quşçuluq və digər ailə-kəndli təsərrüfatlarının maliyyələşdirilməsi məqsədilə verilir.

Borcalanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər ola bilər. Yaş həddi minimum 20, maksimum 70-dir. Kreditin təminatı fərdi hallarda tələb oluna bilər.

Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/korporativ-kreditler/298

Fuad Mədətov
Finss.az