BANK

13 May

Sahibkarlıq fəaliyyətini genişləndirmək istəyənlərə mikromaliyyə dəstəyi

"Bank of Baku" ASC sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün mikrokredit təklif edir.

Finss.az xəbər verir ki, kreditin məbləği 500 manatdan 100 000 manatadək dəyişir. Kreditlər 3 aydan 48 ayadək müddətə rəsmiləşdirilə bilər.

İllik faiz dərəcəsi minimum 11 faiz, maksimum 26 faiz təşkil edir. Komissiya haqqı 0 faizdən 2.5 faizədək müəyyən olunur. Effektiv illik faiz dərəcəsi (FİFD) 14.05 faiz ilə 27.93 faiz arasında dəyişir.

Kredit ödənişləri aylıq annuitet qrafiki ilə həyata keçirilir. Kreditin təminatı kimi daşınmaz əmlak, qızıl zinət əşyaları və ya üçüncü şəxsin zaminliyi tələb olunur. Borcalanın yaşı 20 ilə 70 yaş arasında olmalıdır.

Kredit yalnız milli valyutada - Azərbaycan manatında təqdim olunur.

Ətraflı məlumat üçün keçid: //www.bankofbaku.com/az/biznes/kreditler/korporativ-kreditler/135

Fuad Mədətov
Finss.az