"Rabitəbank" ASC ölkədə kənd təsərrüfatı ilə məşğul olan hüquqi və sahibkar fiziki şəxslər üçün Aqrar Mikro Kredit məhsulunu təqdim edir.
finss.az xəbər verir ki, bu kredit, xüsusilə kiçik və orta təsərrüfat sahibləri üçün nəzərdə tutulmuş maliyyə aləti kimi çıxış edir.
Aqrar Mikro Kredit məhsulu bağçılıq, əkinçilik, heyvandarlıq və quşçuluq sahəsində fəaliyyət göstərən ailə və fərdi fermer təsərrüfatlarının ehtiyaclarına uyğun şəkildə hazırlanıb. Məqsəd məhsuldarlığın artırılması, təsərrüfatların genişləndirilməsi və kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasıdır.
Kreditin məbləği 15 001 AZN-dən 50 000 AZN-dək, müddəti isə 3 aydan 36 ayadək müəyyən edilir. Təsərrüfat sahiblərindən minimum 12 aylıq fəaliyyət təcrübəsi tələb olunur. İllik faiz dərəcəsi 5%-dən başlayır, komissiya haqqı isə 1-3% aralığında dəyişir. Effektiv illik faiz dərəcəsi (FİFD) 5% səviyyəsindədir.
Maliyyələşmə Rabitəbankın öz vəsaiti ilə yanaşı, Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən də dəstəklənir. Bu isə fermerlər üçün əlavə güvən və çevik şərtlər deməkdir.
Aqrar Mikro Kredit, kənd təsərrüfatı sahəsində çalışan kiçik sahibkarların resurslara çıxışını asanlaşdırmaqla onların iqtisadi gücünü artırmağa və yerli istehsalı dəstəkləməyə yönəlib.
Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/aqrar-kredit-mikro
Fuad Mədətov
Finss.az