Rabitəbank ASC qadın sahibkarlığının dəstəklənməsi məqsədilə “Güc Xanımlarda” adlı yeni kredit məhsulunu təqdim edib.
Finss.az xəbər verir ki, bu məhsul çərçivəsində kənd təsərrüfatı, ticarət, istehsalat, sənaye və xidmət sahələrində fəaliyyət göstərən sahibkar xanımlara illik cəmi 12.9%-dən başlayan faizlə, maksimum 1 000 000 AZN məbləğində biznes krediti təklif olunur.
Kreditin əsas təyinatı sahibkar qadınların dövriyyə vəsaitinin artırılması, əsas vəsaitlərin alınması, həmçinin tikinti layihələrinin maliyyələşdirilməsidir. Kreditin verilməsi üçün minimum bazar təcrübəsi tələbi 6 ay olaraq müəyyən edilib.
Kreditin əsas şərtləri:
- Faiz dərəcəsi: illik 12.9%-dən başlayaraq (FİFD: 12.9%-16.8%)
- Maksimal məbləğ: 1 000 000 AZN
- Ödəniş forması: aylıq annuitet ödənişlər
- Girov: Bankın daxili prosedurlarına uyğun olaraq
- Komissiya: bankın kredit komissiyası tətbiq olunur
Əlavə olaraq, bu kredit məhsulundan faydalanan xanımlara bir sıra üstünlüklər də təqdim edilir. Belə ki, müştəriyə BizKart kartı hədiyyə olunur, İnternet Bankçılıq xidmətindən pulsuz istifadə imkanı yaradılır. Bundan əlavə, POS-terminal depozit tələb olunmadan müştərinin biznes obyektində quraşdırılır və 12 ay ərzində xidmət haqqı ödənilmir.
Rabitəbankın bu təşəbbüsü, ölkədə qadınların biznes sahəsində daha fəal iştirakını stimullaşdırmağa və onların maliyyə resurslarına çıxış imkanlarını genişləndirməyə yönəlib.
Ətraflı məlumat üçün keçid: //www.rabitabank.com/biznes/kreditler-biznes-aze/guc-xanimlarda-rabitabank
Fuad Mədətov
Finss.az