"Azər Türk Bank" ASC iri biznes subyektlərinə fərdi yanaşma əsasında, ehtiyaclara uyğun kredit məhsulları təqdim edir.
Finss.az xəbər verir ki, kreditin məbləği şirkətin tələblərinə uyğun müəyyən olunur, müddət isə 3 aydan 60 ayadək təşkil edir. İllik faiz dərəcəsi 11.5%-dən başlayır, birdəfəlik bank komissiyası isə minimum 0.50% səviyyəsində tətbiq edilir. Təminat şərtləri müştərinin vəziyyətinə uyğun olaraq fərdi qaydada müəyyənləşdirilir.
Bundan əlavə, kredit götürənlərə 12 ayadək güzəşt müddəti təqdim olunur və bank sərfəli şərtlərlə maliyyələşməni təmin edir.
Ətraflı məlumat üçün keçid: //atb.az/iri-kredit/
Fuad Mədətov
Finss.az