BANK

08 May

Yaşıl biznes üçün sərfəli şərtlərlə uzunmüddətli kredit təklifi

"Azər Türk Bank" ASC, "Yaşıl Biznes" kredit məhsulunu təqdim edir.

Finss.az xəbər verir ki, bu məhsul, bizneslərə 10 milyon AZN-ə qədər maliyyələşmə imkanı və 10 ilədək geri ödəniş müddəti təklif edir. Hesabların açılması və kartların istifadəsi pulsuzdur, həmçinin pul köçürmələri və nağdsız mübadilə üzrə 30%-dək və 70%-dək endirimlər tətbiq edilir. Bank, dövlət fondları resursları hesabına kreditlər üzrə illik faiz dərəcəsini 1% endirir. Məbləğ 1,000 AZN-dən 10 milyon AZN-dək dəyişir və ödənişlərə 3 ilədək güzəşt müddəti təklif olunur.

Ətraflı məlumat üçün keçid: //atb.az/green/

Fuad Mədətov
Finss.az