BANK

07 May

Mikro və kiçik bizneslərə risksiz maliyyələşmə fürsəti

Bank VTB (Azərbaycan) ASC İpoteka Kredit və Zəmanət Fondu ilə əməkdaşlıq çərçivəsində sahibkarlara zəmanət və subsidiya dəstəyi ilə biznes kreditləri təqdim edir.

Finss.az xəbər verir ki, bu proqram vasitəsilə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və genişləndirilməsi məqsədilə verilən kreditlər daha sərfəli şərtlərlə təklif olunur.

Kreditin əsas şərtləri:

  • Məbləğ: 10 000 000 AZN-dək
  • Müddət: 7 ilədək
  • Faiz dərəcəsi: 14 %-dən başlayaraq
  • Zəmanət: kredit məbləğinin 90%-dək hissəsinə dövlət zəmanəti
  • Güzəşt müddəti: 12 aya qədər

Subsidiya dəstəyi:

  • Faiz subsidiyası: illik faiz dərəcəsinin 8 faiz bəndi qədər
  • Subsidiya müddəti: 36 ayadək

Bu imkan, xüsusilə mikro, kiçik və orta sahibkarlar üçün biznesin böyüməsi və investisiya imkanlarının genişlənməsi baxımından önəmli maliyyə dəstəyidir. Kredit üzrə zəmanət və subsidiyalar dövlət tərəfindən verildiyindən, sahibkarlar daha az risklə və aşağı xərclə maliyyələşmədən faydalana bilirlər.

Ətraflı məlumat üçün keçid: //vtb.az/business/loans/i-poteka-kredit-v-z-man-t-fondu-kreditl-ri/state-programm-loans-guarantee-subsidy-1/

Fuad Mədətov
Finss.az