İstehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün “Unibank” KB ASC yeni və sərfəli şərtlərlə “İstehsal krediti” təqdim edir.
Finss.az xəbər verir ki, məqsəd – istehsal gücünü artırmaq, yeni texnologiyalara keçid etmək və biznesin inkişafına dəstək olmaqdır.
İstehsal krediti 50 000 manatdan başlayaraq 1 000 000 manatadək təqdim olunur. Kreditin müddəti isə 3 ilədək nəzərdə tutulur. Sahibkarlar üçün 3 ayadək güzəşt dövrü və fərdi ödəniş qrafiki təklif edilir. Kreditin əsas üstünlüklərindən biri – girov olaraq yalnız daşınmaz əmlak deyil, həm də avadanlığın (daşınar əmlakın) qəbul edilməsidir. Bu isə istehsalçıların likvid aktivlərini qorumaqla maliyyə çevikliyini artırır.
Unibank istehsal krediti sahəsində müraciət edən müştərilərə pulsuz mobil və internet bankçılıq xidmətləri də təqdim edir ki, bu da gündəlik əməliyyatların daha sürətli və rahat idarə olunmasına imkan verir.
Kredit vəsaiti ilə sahibkarlar:
- istehsal proseslərini modernləşdirə,
- yeni avadanlıq və texnologiyalar ala,
- məhsul çeşidini artıra,
- tədqiqat və inkişaf layihələri həyata keçirə bilərlər.
Bank nümayəndələri bildirir ki, bu kredit biznesin dayanıqlığını artırmaqla yanaşı, yerli istehsalın genişlənməsi və iqtisadiyyatın inkişafına da töhfə verəcək.
Ətraflı məlumat üçün keçid: //unibank.az/az/corporate/loan/228
Fuad Mədətov
Finss.az