BANK

05 phrase_var_core.may

15.000-50.000 manatlıq biznes krediti: sadə şərtlərlə sahibkarlara təqdim olunur

“İnkişaf üçün Maliyyə” MMC BOKT sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sahibkarlıq krediti təqdim edir.

Finss.az xəbər verir ki, kreditin məqsədi ticarət, xidmət, istehsal və digər sahələrdə fəaliyyət göstərən sahibkarların maliyyə ehtiyaclarını qarşılamaq və onların biznesini genişləndirməyə dəstək olmaqdır.

Kredit şərtləri:

  • Məbləğ: 15.000 – 50.000 manat
  • Müddət: 48 ayadək
  • Faiz dərəcəsi: illik 20% – 26%
  • Komisyon haqqı: 1% – 2%
  • Faktiki illik faiz dərəcəsi (FİFD): 28.2% – 30%
  • Zaminlik: kredit məbləğindən asılı olaraq tələb olunur

Bu kredit məhsulu mikro və kiçik sahibkarlıq subyektləri üçün daha əlçatan maliyyə dəstəyi yaratmaq məqsədi daşıyır. Gəlir gətirən fəaliyyətlə məşğul olan və bizneslərini inkişaf etdirmək istəyən sahibkarlar üçün bu imkan münasib maliyyə vasitəsi hesab olunur.

Ətraflı məlumat üçün keçid: //www.findev.az/products

Fuad Mədətov
Finss.az