BANK

01 May

Biznesin inkişafına yönəlik yeni kredit mexanizmi: kredit xətti

Biznes kredit xətti sahibkarların qısamüddətli maliyyə ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanmış çevik kredit məhsuludur. Bu məhsul müəyyən edilmiş kredit limiti və müddəti daxilində vəsaitin tam və ya hissəvi şəkildə istifadə olunmasına, geri ödənilməsinə və yenidən istifadəsinə şərait yaradır.

Finss.az xəbər verir ki, “Azər-Türk Bank” ASC tərəfindən təklif olunan biznes kredit xətti sahibkarlara müxtəlif üstünlüklər təqdim edir.

Əsas Şərtlər:

  • Müddət: 36 ayadək
  • Valyuta: AZN və USD
  • Sifariş: Onlayn müraciət imkanı mövcuddur
  • İstifadə: Kredit vəsaiti tam və ya hissəvi şəkildə istifadə oluna bilər
  • Təyinat: Sahibkarların dövriyyə vəsaitlərinin artırılması üçün nəzərdə tutulub

Hədəf Qrup: Bu kredit məhsulu hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulub. Kredit xəttindən istifadə edən sahibkarlar ehtiyac duyduqları vəsaiti istədikləri vaxt geri qaytara və təkrar istifadə edə bilirlər.

Fərdi Kredit Şərtləri: Kreditin maksimal müddəti, faiz dərəcəsi, güzəşt dövrü və ödəniş mexanizmi (annuitet, azalan qrafik, müddət sonunda ödəniş və s.) müştərinin müraciəti əsasında bankın müvafiq idarəetmə orqanları tərəfindən müəyyən edilir.

Ətraflı məlumat üçün keçid: //atb.az/kredit-xetti/

Fuad Mədətov
Finss.az