"AccessBank" QSC, mikro sahibkarlar üçün sərfəli və çevik kredit imkanları təqdim edir. Bankın "Sürətli mikro biznes krediti" məhsulu, biznes fəaliyyəti ilə məşğul olan şəxslərə qısa zamanda maliyyə dəstəyi almaq fürsəti yaradır.
Finss.az xəbər verir ki, bu kredit məhsulu ilə, sahibkarlar cəmi bir telefon zəngi ilə, 1 saat ərzində kreditini rəsmiləşdirə bilər. Kreditin məbləği 10 000 AZN-ə qədərdir və illik faiz dərəcəsi 24%-dən başlayır. Kreditin maksimum müddəti isə 36 ay olaraq müəyyən edilib.
Təyinatı biznes fəaliyyəti olan şəxslər üçün nəzərdə tutulan bu kredit məhsulu, xüsusilə təcili maliyyə ehtiyaclarını qarşılamaq istəyən kiçik sahibkarlar üçün ideal seçimdir. Rəsmi sənədləşmə minimaldır və heç bir zaman itkisi olmadan sahibkarlar sürətli şəkildə maliyyə dəstəyi əldə edirlər.
"AccessBank" bu kreditlə, mikro və kiçik biznesin inkişafına mühüm töhfə verir və sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün çevik imkanlar yaradır.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az