Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatları arasında innovativ maliyyə həlləri ilə seçilən BOKT “Embafinans” QSC, müştərilərinə təqdim etdiyi faktorinq xidməti ilə hüquqi və fiziki sahibkarlıq subyektlərinin likvidliyini gücləndirməyə davam edir.
Finss.az xəbər verir ki, faktorinq – hüquqi şəxs və ya fərdi sahibkarın debitor borclarının kredit təşkilatına (faktora) güzəşt edilməsi yolu ilə tezliklə maliyyələşdirilməsi prosesidir. Bu xidmət sahibkara öz debitor borclarını vaxtından əvvəl pul vəsaitinə çevirmək imkanı yaradır və nəticədə dövriyyə vəsaitlərinin axınında fasilə yaranmır.
“Embafinans” faktorinq xidmətinə 2019-cu ildən start verib. Qurumdan bildirilib ki, son iki il ərzində 35 milyon manata yaxın faktorinq əməliyyatı icra olunub. Bu göstərici ölkədə faktorinq xidmətinə olan tələbin və bu xidmətin səmərəliliyinin real göstəricisidir.
Xidmət həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar üçün nəzərdə tutulub və onların debitor öhdəliklərini vaxtından əvvəl likvid vəsaitə çevirməsinə imkan verir. Bu isə sahibkarlara həm maliyyə çevikliyi, həm də işgüzar mövqelərini möhkəmləndirmək üçün əlavə üstünlüklər verir.
Ətraflı məlumat üçün: //embafinans.az/az/services/faktorinq-1
Fuad Mədətov
Finss.az