“Aqrarkredit” QSC BOKT kənd təsərrüfatı və digər kənd yönümlü fəaliyyət sahələrini dəstəkləmək məqsədilə Kənd Yerlərinin Kreditləşdirilməsi Proqramı çərçivəsində sərfəli kreditlər təqdim edir.
Finss.az xəbər verir ki, bu proqram çərçivəsində mikrokreditlər 10 000 manatadək, biznes kreditləri isə 1 000 manatdan yuxarı məbləğdə təklif olunur. Kreditlərin müddəti 3 aydan 60 ayadək, faiz dərəcələri isə sahədən asılı olaraq dəyişir:
- Kənd təsərrüfatı məhsul istehsalı və emalı üzrə – 15%-dən
- Ticarət, xidmət, tədarük və digər sahələr üzrə – 17%-dən
- Mikrokreditlər üzrə – 20%-dən
İnvestisiya və çoxillik əkinlər üçün kredit müddəti 60 ayadək müəyyən oluna bilər. Kreditlərə 3 aydan 18 ayadək güzəşt müddəti tətbiq olunur və bu dövrdə yalnız faiz ödənişləri həyata keçirilir.
Kredit təminatı olaraq:
- Biznes kreditləri üçün daşınar və daşınmaz əmlak (torpaq sahələri, təsərrüfat obyektləri və s.)
- Mikrokreditlər üçün isə zaminlik tələb olunur.
Əlavə olaraq, kreditlər üzrə komissiya dərəcəsi 1%-dək müəyyənləşdirilir.
Əhatə dairəsi bütün ölkəni əhatə edir və kreditlər Bakı, Naxçıvan, Bərdə, Lənkəran, Salyan, Ucar, İmişli, Gəncə, Xaçmaz, Qazax, Şəki və Şamaxı filialları vasitəsilə təqdim olunur.
Kreditdən hüquqi şəxslər, fərdi sahibkarlar və ailə-kəndli təsərrüfatları faydalana bilər. Kreditin təyinatına isə bitkiçilik, heyvandarlıq, aqrar emal, ticarət, xidmət, texnika və avadanlıq alışı, eləcə də turizm və loqistika sahələri daxildir.
Ətraflı məlumat üçün: //aqrarkredit.az/az/credit-product-view/1-kend-yerlerinin-kreditleshdirilmesi-proqrami
Fuad Mədətov
Finss.az