BANK

29 Aprel

Azərbaycanda bankların xalis mənfəəti azalıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən bank sektorunun xalis mənfəəti 253,3 milyon manat təşkil edib.

Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% azdır.

Cari ilin birinci rübündə bankların əməliyyat mənfəəti 402,7 milyon manat, ödədikləri mənfəət vergisi isə 61,7 milyon manat olub.

Fuad Mədətov
Finss.az