BANK

28 Aprel

"TuranBank"ın kredit portfeli artıb

TuranBank ASC 2025-ci ilin yanvar-mart aylarını əhatə edən I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,32% artaraq 666,946 min manata çatıb.

Biznes kreditləri üzrə isə cüzi azalma müşahidə olunub. Belə ki, 2024-cü ilin I rübündə 369,627 min manat olan biznes kredit portfeli 2025-ci ilin eyni dövründə 0,91% azalaraq 366,271 min manat təşkil edib.

İstehlak kreditlərində isə əhəmiyyətli artım qeydə alınıb. Bu seqmentdə portfel 18,23% yüksələrək 168,127 min manata çatıb. Ötən ilin eyni dövründə bu göstərici 142,207 min manat olub.

İpoteka kreditləri sahəsində də artım müşahidə edilib. 2025-ci ilin I rübündə ipoteka portfeli 7,59% artaraq 132,549 min manat təşkil edib. 2024-cü ilin I rübündə bu rəqəm 123,198 min manat səviyyəsində idi.

Fuad Mədətov
Finss.az