Rabitəbank ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə kredit portfelində müsbət artımlar nümayiş etdirib.
Finss.az xəbər verir ki, bankın ümumi kredit portfeli 3,05% artaraq 873 min 971 manata çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 848 min 092 manat idi.
Biznes kredit portfeli 22,29% artaraq 403 min 249 manata yüksəlib, 2024-cü ilin yanvar-mart ayında isə bu rəqəm 329 min 761 manat olub.
İstehlak kredit portfeli də müsbət artım göstərərək 23,68% artaraq 304 min 071 manata çatıb, 2024-cü ilin eyni dövründə bu göstərici 245 min 847 manat idi.
İpoteka krediti sahəsində də 17,55% artım müşahidə edilib, 2025-ci ilin ilk rübündə bu rəqəm 166 min 651 manat olub, 2024-cü ilin yanvar-mart ayında isə 141 min 773 manat idi.
Fuad Mədətov
Finss.az