Kapital Bank ASC 2025-ci ilin yanvar-mart dövrü üzrə müsbət nəticələrini açıqlayıb. Bankın ümumi kredit portfeli 2,45% artaraq 5 milyon 338 min 917 manat olub. 2024-cü ilin analoji dövründə bu göstərici 5 milyon 211 min 200 manat idi.
Finss.az xəbər verir ki, biznes kredit portfeli 23,92% artaraq 1 milyon 724 min 513 manata çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 1 milyon 391 min 636 manat idi.
İstehlak kredit portfeli 24,16% artaraq 3 milyon 6 min 644 manata yüksəlib, 2024-cü ilin yanvar-mart ayında isə bu rəqəm 2 milyon 421 min 551 manat olub.
İpoteka krediti sahəsində də artım müşahidə edilib. Kapital Bank-ın ipoteka kredit portfeli 4,09% artaraq 607 min 761 manata yüksəlib. 2024-cü ilin yanvar-mart ayında bu göstərici 583 min 907 manat idi.
Fuad Mədətov
Finss.az