BANK

25 Aprel

Mərkəzi Bank “Premier Kredit BOKT”un lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-nin lisenziyası ləğv edib.

Finss.az bu barədə AMB-yə istinadən xəbər verir ki, BOKT tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Mərkəzi Bankın İdarə Heyətinin 23.04.2025-ci il tarixli Qərarı ilə “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.

Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

Fuad Mədətov
Finss.az