BANK

25 Aprel

Azərbaycan–Dünya Bankı əməkdaşlığının 30 illiyi: 4,5 milyard dollarlıq tərəfdaşlıq

Dünya Bankının Azərbaycana ilk kredit ayırmasından 30 il keçir.

Finss.az xəbər verir ki, ilk maliyyə dəstəyi 1995-ci ildə həyata keçirilmiş “Neft Sektoruna Texniki Yardım Layihəsi” çərçivəsində ayrılıb. Layihənin məqsədi Azərbaycanın neft sektoruna xarici investisiyaların cəlb edilməsini təşviq etmək olub. 20,8 milyon ABŞ dolları həcmində vəsait bu istiqamətdə məsləhət xidmətlərinin maliyyələşdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və nəqliyyat, infrastruktur və sənaye problemlərinin həlli üçün istifadə olunub.

Son 30 ildə Dünya Bankı Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkədə iqtisadi inkişafı, infrastruktur quruculuğunu, sosial rifahı və institusional islahatları dəstəkləmək üçün 50-dən çox layihəyə ümumilikdə 4,5 milyard dollardan artıq maliyyələşdirmə ayırıb.

Bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatının neftdənkənar sahələrinin inkişafında, regionların sosial-iqtisadi yüksəlişində və dövlət idarəçiliyinin təkmilləşdirilməsində əhəmiyyətli rol oynayıb.