BANK

24 Aprel

"Expressbank"ın depozit portfeli və aktivləri artıb

Expressbank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 258 959 manata çatdırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,65% artıb, çünki 2024-cü ilin I rübündə bankın depozit portfeli 209 432 manat olub.

Bankın xalis mənfəətində kiçik azalma müşahidə olunub. 2025-ci ilin I rübündə xalis mənfəət 2 419 980 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu göstərici 2 570 000 manat olub, yəni 5,84% azalma baş verib.

Expressbank-ın aktivləri 2025-ci ilin yanvar-mart ayında 607 055 manat olub. Bu göstərici 2024-cü ilin analoji dövründəki 531 812 manatla müqayisədə 14,15% artım deməkdir.

Fuad Mədətov
Finss.az