Bank of Baku ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 618 467 manata çatdırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 58,41% artım deməkdir. 2024-cü ilin I rübündə bankın depozit portfeli 390 419 manat olub.
Bankın xalis mənfəəti 2025-ci ilin I rübündə 7 143 353 manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 110,34% artım göstərib, çünki 2024-cü ilin I rübündə xalis mənfəət 3 396 170 manat olub.
Bank of Baku-nun aktivləri 2025-ci ilin yanvar-mart ayında 1 005 059 manat olub. Bu göstərici 2024-cü ilin analoji dövründəki 922 560 manata nisbətən 8,94% artım deməkdir.
Fuad Mədətov
Finss.az