Rabitəbank ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri açıqlanıb.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 690 056 manata çatdırıb. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 39,40% artıb. Belə ki, 2024-cü ilin I rübündə bankın depozit portfeli 495 031 manat olub.
Bankın xalis mənfəətində azalma müşahidə olunub. 2025-ci ilin I rübündə xalis mənfəət 4 656 980 manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründə qeydə alınmış 7 344 234 manata nisbətən 36,59% azalma deməkdir.
Rabitəbankın aktivləri isə artım göstərib. 2025-ci ilin yanvar-mart aylarında aktivlər 1 198 397 manat olub. Bu göstərici 2024-cü ilin analoji dövründəki 1 080 325 manatla müqayisədə 10,93% artıb.
Fuad Mədətov
Finss.az