AccessBank QSC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri bankın gəlirliyində ciddi enişin baş verdiyini göstərir.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,63% azalaraq 10 049 000 manata enib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 13 512 200 manat təşkil edirdi.
Depozit portfeli üzrə artım qeydə alınsa da, bu, mənfəətdəki azalmaya qarşı yetərli olmadı. 2024-cü ilin I rübündə 912 177 manat olan depozit portfeli, 2025-ci ilin eyni dövründə 1 060 152 manata yüksəlib. Artım 16,22% təşkil etsə də, gəlirliliyin düşməsi fonunda bu müsbət dinamika kölgədə qalıb.
Bankın aktivlərində də 14,71% artım qeydə alınıb. 2024-cü ilin yanvar-mart aylarında 1 374 140 manat olan aktivlər, 2025-ci ilin eyni dövründə 1 576 219 manata çatıb. Lakin bu artım da mənfəətdəki 3,5 milyon manatdan çox azalmaya qarşı təsirsiz qalıb.
Fuad Mədətov
Finss.az