Unibank KB ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə göstəriciləri açıqlanıb.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2025-ci ilin yanvar-mart aylarında depozit portfelini 1 205 280 manata çatdırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,85% artıb. Belə ki, 2024-cü ilin I rübündə bankın depozit portfeli 965 388 manat təşkil etmişdi.
Xalis mənfəət göstəriciləri üzrə azalma qeydə alınıb. 2025-ci ilin I rübündə bankın xalis mənfəəti 2 799 593 manat olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35,09% azalma deməkdir. 2024-cü ilin I rübündə bu rəqəm 4 313 000 manat təşkil edib.
Bankın aktivləri isə artım nümayiş etdirib. 2025-ci ilin I rübündə aktivlər 1 803 383 manat təşkil edib. Bu göstərici 2024-cü ilin analoji dövründəki 1 588 679 manatdan 13,51% yüksək olub.
Fuad Mədətov
Finss.az