Azər Türk Bank ASC 2025-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin 1-ci rübü üzrə bankın depozit portfeli 2,05% azalıb və 1 milyon 382 min 231 manat təşkil edib. 2024-cü ildə bu göstərici 1 milyon 411 min 100 manat idi.
Xalis mənfəətində ciddi azalma müşahidə olunub. 2024-cü ildə 7 milyon 907 min manat olan xalis mənfəət, 2025-ci ildə 3 milyon 828 min manata düşüb. Bu isə 51,59%-lik azalma deməkdir.
Azər Türk Bankın aktivləri 34,11% artaraq 1 milyon 956 min 59 manat olub. 2024-cü ildə bu göstərici 1 milyon 458 min 532 manat idi.
Fuad Mədətov
Finss.az