BANK

24 Aprel

"PAŞA Bank"ın xalis mənfəəti əhəmiyyətli dərəcədə artıb

PAŞA Bank ASC 2025-ci ilin 1-ci rübün (yanvar-mart) maliyyə göstəricilərini açıqlayıb.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın depozit portfeli 9,17% azalıb və 6 milyon 320 min 801 manat olub. 2024-cü ilin müvafiq dövründə bu göstərici 6 milyon 958 min 965 manat idi.

PAŞA Bankın xalis mənfəətində əhəmiyyətli artım müşahidə edilib. 2024-cü ildə 16 milyon 522 min 500 manat olan xalis mənfəət, 2025-ci ildə 44 milyon 17 min manata yüksəlib. Bu isə 166,41% artım deməkdir.

Bankın aktivləri isə 5,71% azalıb. 2025-ci ildə aktivlər 8 milyon 248 min 112 manat təşkil edib. 2024-cü ildə bu göstərici 8 milyon 747 min 364 manat olub.

Fuad Mədətov
Finss.az