BANK

23 Aprel

AMB: Sabit məzənnə rejimi inflyasiyanın azalmasına səbəb olur

Finss.az – Azərbaycan Mərkəzi Bankı (AMB) sabit məzənnə rejiminin ölkədə inflyasiyaya azaldıcı təsir göstərdiyini bildirib.

Bu barədə qurumun sədri Taleh Kazımov mətbuat konfransında çıxışı zamanı məlumat verib.

Kazımovun sözlərinə görə, nominal effektiv məzənnənin möhkəmlənməsi həm 2025, həm də 2026-cı illərdə inflyasiyanın azalmasına təsir edəcək.

“2025-ci ildə nominal effektiv məzənnənin möhkəmlənməsi inflyasiyaya 1.5 faiz bəndi azaldıcı təsir göstərəcək. 2026-cı ildə isə bu təsirin 2.45 faiz bəndi olacağını proqnozlaşdırırıq,” – deyə AMB sədri qeyd edib.

Qurumun 2025-ci ilin aprel ayında təqdim etdiyi yenilənmiş proqnozlara əsasən, cari ildə illik inflyasiyanın 5.3%, 2026-cı ildə isə 4.3% səviyyəsində olacağı gözlənilir.

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəf çərçivəsində saxlanılması və qiymət sabitliyinin qorunması istiqamətində siyasətini davam etdirir.