2024-cü ildə Azərbaycandan Sinqapur iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyaların həcmi 7,2 milyon ABŞ dolları təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Göstəricilər göstərir ki, bu rəqəm 2023-cü illə müqayisədə 6,3 milyon ABŞ dolları və ya 46,6% azalma deməkdir. Müqayisə üçün qeyd edək ki, ötən il Azərbaycandan Sinqapura yatırılan investisiyaların ümumi həcmi 13,5 milyon ABŞ dolları olub.
Hesabat dövründə Sinqapura yönəlmiş Azərbaycan sərmayələrinin birbaşa xarici investisiyaların ümumi həcmində payı 0,4% təşkil edib.
Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarını ötüb ki, bu da 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Digər tərəfdən, Azərbaycan tərəfindən xarici ölkələrin iqtisadiyyatlarına yönəldilən birbaşa investisiyaların həcmi 1,8 milyard dollar olub. Bu göstərici də ötən illə müqayisədə 1,4 milyard dollar və ya 43,3% azalıb.
Fuad Mədətov
Finss.az