BANK

21 Aprel

Azərbaycandan Çexiyaya göndərilən pul köçürmələri artıb

Ötən il Azərbaycandan Çexiya Respublikasına fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 4,4 milyon ABŞ dolları olub.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü il ilə müqayisədə 915 min ABŞ dolları və ya 26% artıb. 2023-cü ildə Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,5 milyon dollar təşkil edib.

Hesabat ilində Çexiyanın Azərbaycanın ümumi pul köçürmələrindəki payı 0,8% olub.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin ümumi həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilə nisbətən 23,4 milyon dollar və ya 4,2% azalma göstərib.

Eyni dövrdə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi isə 1,08 milyard ABŞ dollarına çatıb. Bu göstərici 2023-cü ilə nisbətən 571,9 milyon dollar və ya 34,6% azalıb.

Fuad Mədətov
Finss.az