Ötən il Azərbaycandan Belçikaya fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin həcmi 3,7 milyon ABŞ dolları olub.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilə nisbətən 560 min ABŞ dolları və ya 13,3% azalma göstərib. 2023-cü ildə Azərbaycandan Belçikaya fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 4,2 milyon dollar olub.
Hesabat ilində Belçikanın Azərbaycanın ümumi pul köçürmələrindəki payı 0,7% təşkil edib.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin göndərdiyi pul köçürmələrinin ümumi həcmi 526,8 milyon ABŞ dolları olub. Bu, 2023-cü ilə nisbətən 23,4 milyon dollar və ya 4,2% azalma təşkil edir.
Eyni dövrdə xarici ölkələrdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi isə 1,08 milyard ABŞ dollarına çatıb. Bu göstərici, 2023-cü ilə müqayisədə 571,9 milyon dollar və ya 34,6% azalıb.
Fuad Mədətov
Finss.az