2024-cü ildə İraqdan Azərbaycana fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 7,5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2023-cü illə müqayisədə 12 milyon ABŞ dolları və ya 2,6 dəfə azalıb. Belə ki, 2023-cü ildə İraqdan Azərbaycana göndərilən pul vəsaitlərinin həcmi 19,5 milyon ABŞ dolları olub. Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində İraqın payı 0,7% təşkil edib.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azalma deməkdir.
Bununla yanaşı, ötən il xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin ümumi həcmi 1,08 milyard ABŞ dolları olub. Bu, əvvəlki illə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azalma deməkdir.