İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi və antiinflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üçün orta illik inflyasiya 5,1% səviyyəsində proqnozlaşdırılıb.
Finss.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, inflyasiya göstəricisinin 2029-cu ilə qədər tədricən azalaraq 3,8%-ə enəcəyi gözlənilir.
Məlumata əsasən, 2026-cı il üçün orta illik inflyasiya 4,3%, 2027-ci il üçün 4%, 2028-ci il üçün isə 3,9% səviyyəsində proqnozlaşdırılıb.
Fuad Mədətov
Finss.az