BANK

15 Aprel

AMB:Bank sektorunun likvidliyi komfort zonada qalır

2024-cü ildə Azərbaycan bank sektorunun likvidliyi komfort zonada qalmaqda davam edib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında əks olunub.

Hesabata əsasən, sektorun likvidlik mövqeyi yeni monetar əməliyyat çərçivəsi və prudensial alətlərin tətbiqi çərçivəsinə uyğunlaşıb. Bütün banklar həm məcmu, həm də xarici valyuta üzrə müəyyən olunmuş likvidliyin örtülmə əmsalı (LCR) normativini üstələyib.

Bundan əlavə, ani likvidlik əmsalı 52% təşkil edərək minimum normativi 22 faiz bəndi üstələyib. Sektorun aktivlərinin 27%-ni likvid vəsaitlər təşkil edir. Eyni zamanda, məcburi ehtiyatların artması, sektorun potensial likvidlik şoklarına qarşı adekvat buferə malik olduğunu göstərir.

Fuad Mədətov
Finss.az