BANK

06 Fevral

İngiltərə Bankı faiz dərəcəsini azaldıb

İngiltərə Bankı (Bank of England) faiz dərəcəsini 4,75-dən 4,5 faizə endirib.

Fins.az xəbər verir ki, bu, 2023-cü ilin iyun ayından bəri ən aşağı faiz dərəcəsidir. 

Bankın Pul Siyasəti Komitəsi (MPC) 7-2 səs nisbəti ilə faiz endirilməsinə qərar verib. İki üzv isə daha böyük bir azalma - 4,25 faizə endirilməsini dəstəkləyib. Faiz dərəcəsinin azaldılması borclanmanı ucuzlaşdıraraq xərcləri artırmağa kömək edə bilər, lakin əmanətçilər üçün gəlirlərin azalması riski də yaradır. Bununla yanaşı, İngiltərə Bankı 2025-ci il üçün Böyük Britaniya iqtisadiyyatı üzrə artım proqnozunu 1,5 faizdən 0,75 faizə endirib. Bank həmçinin inflyasiyanın bu ilin sonuna qədər 4 faizə yaxınlaşacağını proqnozlaşdırır.

Maliyyə naziri Reyçel Rivz faiz dərəcəsinin endirilməsini müsbət qarşılasa da, iqtisadi artım tempindən hələ də razı olmadığını deyib: “Bu gün qəbul edilən qərar ipoteka kreditləri və digər kreditlər üzrə borclanmanı ucuzlaşdıra, lakin əmanət faizlərini azalda bilər”.