Bank sektorunun kreditləşmə fəaliyyətində 2024-cü il ərzində yüksək aktivlik müşahidə olunub.
Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.
Hesabata əsasən, kreditləşmədə aktivlik həm istehlak, həm də biznes portfelləri üzrə qeydə alınıb. 2024-cü ildə bank sektorunun kredit portfeli 18.5% artaraq nominal qeyri-neft ÜDM-in artım tempini 1.7 dəfəyədək üstələyib.
Sektor üzrə 19 bankın kredit portfeli ötən illə müqayisədə artıb, 15 bankda isə artım nominal qeyri-neft ÜDM artımını üstələyib. 12 bankda kredit artımı 15%-dən yuxarı olub.
Kreditləşmənin davamlılığını və bank sektorunun dayanıqlığını artırmaq məqsədilə, 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və 1-ci dərəcəli kapitalı üzrə 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi tətbiq edilib.
Fuad Mədətov
Finss.az