2024-cü ildə bank sektorunun əsas maliyyə mənbəyi olan hüquqi və fiziki şəxslərin depozitlərində artım müşahidə olunub.
Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alıb.
Hesabata əsasən, 2024-cü ildə hüquqi şəxslərin depozitləri 7% (1.43 mlrd. manat) artaraq 23.4 mlrd. manata, fiziki şəxslərin depozitləri isə 14% (1.72 mlrd. manat) artaraq 14.3 mlrd. manata çatıb.
Hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 0.5 faiz bəndi azalaraq 50.4%, fiziki şəxslərin depozitlərinin payı isə 1.65 faiz bəndi artaraq 30.8% təşkil edib.
Depozit artımı əsasən müddətli depozitlərin artımı hesabına baş verib.
Fuad Mədətov
Finss.az