BANK

15 Aprel

Manatın nominal effektiv məzənnəsi möhkəmlənib, real effektiv məzənnə isə artıb

2024-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) fəaliyyətində əsas prioritet ölkədə qiymət sabitliyinin qorunması olub.

Finss.az xəbər verir ki, bu barədə məlumat qurumun 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında əksini tapıb.

Hesabatda bildirilir ki, il ərzində faiz dəhlizi parametrləri 8 dəfə müzakirəyə çıxarılıb. İlk üç iclasda uçot dərəcəsi 8%-dən 7.25%-ə endirilib, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8.25%-ə, aşağı həddi isə 6.5%-dən 6.25%-ə qədər azaldılıb. Növbəti beş iclasda isə bu parametrlər sabit saxlanılıb.

Mərkəzi Bankın faiz dərəcələri ilə bağlı qərarları öncədən elan edilmiş qrafik üzrə və analitik izahlarla ictimaiyyətə açıqlanıb. Hesabat dövründə pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi davam etdirilib. Bank sistemində likvidliyə təsir edən pul siyasətindən kənar amillər nəzərə alınaraq, sterilizasiya əməliyyatlarının həcmi azaldılıb.

Manatın məzənnəsi isə il ərzində müxtəlif istiqamətlərdə dəyişib. 2024-cü ildə manatın qeyri-neft ticarət çəkili nominal effektiv məzənnəsi 9%, real effektiv məzənnəsi isə 2.2% möhkəmlənib. Tərəfdaş ölkələrdəki orta inflyasiyanın Azərbaycandakı səviyyədən yüksək olması real effektiv məzənnəyə azaldıcı təsir göstərib.

Fuad Mədətov
Finss.az