Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və I dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferi təyin edilməsi ilə bağlı qərar qəbul edib.
Finss.az xəbər verir ki, bu qərar Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında əks olunub.
Qərar, bank sektorunda müşahidə olunan yüksək kreditləşmə dinamikası və bankların mənfəətliliyi ilə bağlı göstəricilərin yaxşılaşması fonunda verilib.
Bu tədbir, bankların maliyyə dayanıqlığını daha da gücləndirərək, kreditləşmə fəaliyyətinin davamlılığını təmin etməyə yönəlib.
Fuad Mədətov
Finss.az