BANK

15 Aprel

Azərbaycanda bank sektorunun gəlirliliyi artıb, kapital adekvatlığı güclənib

2024-cü ilin sonuna Azərbaycan bank sektoru müsbət maliyyə göstəriciləri ilə nəticələnib.

Finss.az xəbər verir ki, bank sektoru 1 milyard manatdan çox xalis mənfəət əldə edib.

AMB-nin 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında yer alan məlumatlara görə, sektorun kapital adekvatlığı əmsalı 17.6% olub, bu da minimum prudensial tələbi 1.8 dəfə üstələyir.

Bundan əlavə, aktivlərin gəlirliliyi 2.1%, kapitalın gəlirliliyi isə 18.1% təşkil edib ki, bu da sektorun sağlam maliyyə vəziyyətini və dayanıqlı inkişafını əks etdirir.

Fuad Mədətov
Finss.az