2024-cü ildə bank sektorunun valyuta mövqeyi prudensial tələblərə uyğun olub, sektorda de-dollarlaşma prosesi davam edib.
Finss.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatında əks olunub.
Hesabata əsasən, bank sektorunun kredit portfeli üzrə dollarlaşma səviyyəsi 2.7 faiz bəndi azalaraq 16.1%, depozit portfeli üzrə isə 0.9 faiz bəndi azalaraq 37.5% təşkil edib.
Fuad Mədətov
Finss.az