Ötən il Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,999 milyon ABŞ dolları təşkil edib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 1,034 milyon dollar və ya 14,7% azalıb.
Hesabat ilində ölkənin ümumi xarici pul köçürmələrində İtaliyanın payı 1,1% olub.
Bununla yanaşı, ötən il İtaliyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitlərinin həcmi 2,728 milyon ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 48 min dollar və ya 1,7% azalma deməkdir. Bu istiqamətdə İtaliyanın payı ümumi köçürmələrdə 0,3% səviyyəsində olub.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Azərbaycandan İtaliyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 7,033 milyon dollar, əks istiqamətdə – İtaliyadan Azərbaycana isə 2,776 milyon dollar təşkil etmişdi.
Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,759 milyon ABŞ dolları olub. Bu göstərici əvvəlki illə müqayisədə 23,367 milyon dollar və ya 4,2% azalma deməkdir.
Eyni zamanda, xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,082 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 571,942 milyon dollar və ya 34,6% azdır.
Fuad Mədətov
Finss.az