BANK

07 Aprel

Ötən il İrandan Azərbaycana birbaşa investisiyalar azalıb

Ötən il İran İslam Respublikasının Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 371,487 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm 2023-cü illə müqayisədə 24,496 milyon ABŞ dolları və ya 6,2% azalmadır.

Hesabat ilində Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi həcmində İranın payı 5,3% təşkil edib. Xatırladaq ki, 2023-cü ildə İrandan Azərbaycana yönələn birbaşa xarici investisiyaların həcmi 395,983 milyon ABŞ dolları olub.

Ümumilikdə, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 7,046 milyard ABŞ dollarına çatıb ki, bu da əvvəlki illə müqayisədə 388,1 milyon dollar və ya 5,83% artım deməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,762 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 1,354 milyard ABŞ dolları və ya 43,3% azalma ilə müşayiət olunub.

Fuad Mədətov
Finss.az