Finss.az - 2024-cü ilin sonuna ölkə üzrə ümumilikdə verilən ipoteka kreditlərinin həcmi 4,7 milyard manat təşkil edib ki, onun da 3,3 milyard manatı və ya 81,4 faizi dövlət xətti ilə verilən kreditlərin payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) məlumatına görə, bu günədək Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 3,4 milyard manatı ötüb.